Gəncə şəhərində yeniyetmə qız bıçaqlanıb.
Median.Az report-a istinadən bildirir ki, axşam saatlarında 2003-cü il təvəllüdlü İ.M-ova qarın boşluğundan bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. O, cərrahi əməliyyat edilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Yaxınlarının bildirdiyinə görə, İ.M-ova küçədə mübahisə zəminində bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.