Median.Az xəbər verir ki, yanvarın 29-da Quba RPŞ-nə Xaçmaz rayon sakini Ş.Arginiskinin qapalı kəllə-beyin və kəsilmiş-deşilmiş xəsarətlə Mərkəzi rayon xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub.
Araşdırma zamanı, cinayətin saat 19 radələrində rayonun Gültəpə kəndi ərazisində Xaçmaz şəhər sakini X.Aydınov tərəfindən törədilməsi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində X.Aydınov saxlanılıb.
Quba RPŞ İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.