Median.Az xəbər verir ki, yanvarın 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən mağazadan 1 ədəd mobil telefonu soyğunçuluq yolu ilə aparmağa cəhd göstərən şəxs, xidmətdən kənar vaxtı həmin mağazada olan Xətai Rayon Mühafizə İdarəsinin (RMİ) əməkdaşı tərəfindən yaxalanıb.
13-cü polis bölməsinə təhvil verilmiş həmin şəxsin Bakı şəhər sakini Z.Kərimov olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.