Median.Az xəbər verir ki, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da şəhər ərazisindəki poçt məntəqəsindən 1271 manat dəyərində seyf, 320 manat dəyərində printer, 35 manat dəyərində dekoder aparatı, 40 manat dəyərində “e-token” açarı və 150 manat dəyərində zərflər oğurlayan şəhər sakini S.Sərvərli və rayon sakini A.Bünyadov saxlanılıblar.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.