Median.Az xəbər verir ki, yanvarın 24-də Yasamal RPİ-nin 29-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.İsayeva bir gün əvvəl çantasından 1800 manat pulunun oğurlandığını bildirib.
Bakı şəhər Baş Polis İdarəsi, Nəsimi RPİ və Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini,
əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb.
Yasamal RPİ İstintaq şöbəsində CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.