Bakıda keçmiş qayınatasını öldürən şəxs 18 il cəza alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:23 İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb  |     20:15 Azərbaycanda kənd yolları turizmin inkişafı üçün yararlıdırmı?  |     20:07 144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb  |     19:58 Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib  |     19:49 Lənkəranda avtobus piyadanı vuraraq öldürüb  |     19:39 Dini liderlər Bakıda və Şuşada bir araya gələcəklər  |     19:31 Banqladeşdə anomal istilər nəticəsində azı 10 nəfər ölüb  |     19:25 Əfqanıstanda məscidə hücum olub, 6 nəfər ölüb  |     19:17 Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb - VİDEO  |     19:10 Doha Bəyannaməsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək verilib  |     19:02 Misir atəşkəs müqabilində HƏMAS-a 33 girovu azad etməyi təklif edib  |     18:49 Yaponiya tarixinin ən dağıdıcı SUNAMİLƏRİ  |     18:40 Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI  |     18:22 Məhkəmə Anar Məmmədli barədə qərar verib  |     17:51 FHN-dən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT  |     17:28 Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı  |     17:11 KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır  |     16:38 Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA  |     16:11 Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO  |     16:06 Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI  |    

Bakıda keçmiş qayınatasını öldürən şəxs 18 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Samir Şabanovun (1981-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işi məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il aprelin 21-də Maştağa qəsəbəsində qəsəbə sakini Hətəm Şabanovun (1965-ci il təv.) küt alətlə qətlə yetirilmiş meyiti tapılıb. Sabunçu RPİ 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Samir Şabanov saxlanılıb.

Məlum olub ki, S.Şabanov bir neçə il əvvəl atasının əmisi nəvəsi ilə ailə həyatı qurub, lakin sonra onların münasibəti pozulub və o, arvadından boşanıb. Keçmiş qohumlar arasında gərgin münasibət davam edib. Saxlanılan şəxs alimentin düzgün hesablanmamasını, qarşı tərəf isə onun övladına görə təyin edilmiş vəsaiti vaxtında ödəmədiyini bildirib. Buna görə, Samir Şabanov qayınatası Hətəm Şabanovu kəsici və küt alətlərlə vuraraq, qəsdən həyatdan məhrum edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 278 23.01.19 11:17