100 manata görə tanışını öldürən keçmiş məhkuma hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:35 Şəxsiyyəti müəyyənləşən şəhidin qızı: “Artıq gedə biləcəyimiz bir məzar var” - VİDEO  |     20:23 İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb  |     20:15 Azərbaycanda kənd yolları turizmin inkişafı üçün yararlıdırmı?  |     20:07 144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb  |     19:58 Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib  |     19:49 Lənkəranda avtobus piyadanı vuraraq öldürüb  |     19:39 Dini liderlər Bakıda və Şuşada bir araya gələcəklər  |     19:31 Banqladeşdə anomal istilər nəticəsində azı 10 nəfər ölüb  |     19:25 Əfqanıstanda məscidə hücum olub, 6 nəfər ölüb  |     19:17 Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb - VİDEO  |     19:10 Doha Bəyannaməsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək verilib  |     19:02 Misir atəşkəs müqabilində HƏMAS-a 33 girovu azad etməyi təklif edib  |     18:49 Yaponiya tarixinin ən dağıdıcı SUNAMİLƏRİ  |     18:40 Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI  |     18:22 Məhkəmə Anar Məmmədli barədə qərar verib  |     17:51 FHN-dən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT  |     17:28 Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı  |     17:11 KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır  |     16:38 Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA  |     16:11 Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO  |    

100 manata görə tanışını öldürən keçmiş məhkuma hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bakı şəhər sakini Kənan Əsgərovun CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il avqustun 16-da Səbail rayonu, İçərişəhərdə Kənan Əsgərov aralarında yaranmış mübahisə zamanı paytaxt sakini Vüqar Cəfərovu bıçaqlayaraq qətlə yetirib. Həmin gün o, Səbail RPİ 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, K.Əsgərov İsrafil adlı tanışından 100 manat pul alıb, lakin bir müddətdən sonra Vüqar Cəfərov İsrafilə veriləsi olan 100 manatın ona çatacağını deyib. Cavab olaraq Əsgərov bununla razılaşmayaraq pulu İsrafilə qaytaracağını bildirib. Cəfərov Əsgərovun ünvanına söyüş söydükdə, aralarında dava başlayıb. Nəticədə Kənan bıçaqla Vüqara bıçaqla xəsarətlər yetirib, zərərçəkmiş xəstəxanaya aparılarkən yolda ölüb.

K.Əsgərov əvvəllər məhkum olunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 19 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 272 22.01.19 13:13