Bakıda bacısını öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:10 Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb  |     13:08 Fransa səfiri Azərbaycana qayıdıb  |     12:44 Ekologiyanı çirkləndirən restoranların sahibləri cəzalandırıldılar  |     12:35 Bakıda 9 maşının əzildiyi qəzanın başvermə anı kameraya düşdü - VİDEO  |     12:33 Müharibə əsirlərinin Bakıdakı məzarlığı: Buranı tez-tez ziyarət edənlər kimlərdir? - VİDEO  |     12:27 1 may Türkiyədə ictimai nəqliyyat pulsuz olacaq  |     12:27 Bu həftə 6 gün işləyəcəyik?  |     12:21 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:19 Bakıda 206 minlik dələduzluq edən şirkət direktoru ilə bağlı QƏRAR  |     12:17 Saqqalı var, sözü keçmir  |     12:14 Azərbaycan nefti ucuzlaşıb  |     12:10 Avropa İttifaqı “TikTok”u bloklamağa hazırlaşır  |     12:08 Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblar  |     12:03 Bakıda 41 yaşlı qadın qəzada xəsarət alıb  |     11:43 Xərçəng və artrit arasında əlaqə aşkarlanıb  |     11:41 Dələduzlar yeni yola əl atdılar: “Cərimən varsa, 20 faiz endirimlə ödə” - VİDEO  |     11:35 Azərbaycan kürüsü 2000 dollara satılır - VİDEO  |     11:34 Yataqxanalardakı mənzillərin satılması qanunidirmi? - ARAŞDIRMA (VİDEO)  |     11:33 Ermənilər illərin türbəsini özününküləşdirmək istədilər: Abidəmizin acınacaqlı GÖRÜNTÜSÜ - VİDEO  |     11:32 Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb  |    

Bakıda bacısını öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib

Ali Məhkəmədə Bakıda bacısını qətlə yetirən Elşad Davudovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Median.az
Report xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Davudovun kassasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakının Nizami rayonu ərazisində məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Elşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davudovanı yaşadığı evdə bıçaqlayaraq qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Davudov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində E.Davudovun apellyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 213 18.01.19 21:55