Baş redaktor məhkəmədə ifadə verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 "Neftçi"nin baş məşqçisi: Azarkeşlərdən üzr istəyirəm  |     22:55 "Qarabağ" Bəhlul Mustafazadə ilə müqavilə müddətini uzadıb  |     22:46 Bakı-Quba yolunda “Range Rover” külə döndü - AÇIQLAMA  |     22:37 İrana ”balıq yağışı” yağdı - VİDEO  |     22:28 İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək  |     22:20 Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib  |     22:13 Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb  |     22:04 Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - FOTO  |     21:54 Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO  |     21:46 Topçubaşova niyə xristianlığı qəbul etmək təklif olunur?  |     21:38 “Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB  |     21:30 Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT + YENİLƏNİB/FOTO  |     20:50 Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO  |     20:49 Şəmkirdə minik maşını dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB  |     20:42 ABŞ səfiri təxribatlara davam etsə, “persona non-grata” elan oluna bilər  |     20:36 Nazir: İqlim maliyyələşməsinin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır  |     20:28 Botoksun psixikaya faydası üzə çıxdı  |     20:13 Mayın 5-6-da maqnit qasırğası olacaq  |     20:05 Dördüncü kurs tələbəsi vəfat etdi  |     19:47 Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib  |    

Baş redaktor məhkəmədə ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Kəngərli ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə A.Məmmədov özünü təqsirli bilmədiyini deyib.

O, sərbəst ifadəsində ona qarşı irəli sürülmüş ittihamları absurd hesab edib. Onun sözlərinə görə, saytda yazdığı yazılar sırf jurnalistika peşəsinə uyğun olub:

“Yazılardan biri “Turan” İnformasiya Agentliyindən istinadla vermişəm. Digərini isə politoloq Ərəstun Oruclunun Gəncə hadisələri ilə bağlı yazdığı bloquna istinadən vermişəm. Bu yazılara istinad etdiyim üçün heç bir məsuliyyət daşımıram. Gəncənin sabiq icra başçısı Elmar Vəliyevlə heç bir ədavətim və ümumiyyətlə münasibətim belə olmayıb”.

Daha sonra A. Məmmədovun həyat yoldaşı Gülnar Məmmədova şahid qismində məhkəməyə dəvət edilib. O, yaxın qohum olduğunu deyərək, ifadə verməkdən imtina edib.

Məhkəmə prosesi yanvarın 18-də davam etdiriləcək.

Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 160 11.01.19 18:48