Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Əliəkbər Abdullayevin (1975-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, bu il avqustun 8-də Binə qəsəbəsi, P.Əşrəfov küçəsi, döngə 2 ev 26-da yaşayan Əliəkbər Abdullayev yaşadığı evdə qardaşının arvadı Rübabə Abdullayevanı (1973-cü il təv.) qısqanclıq zəminində bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış yanvarın 10-na təyin edilib.