Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Ağcabədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində, Hindarx qəsəbə sakini Elman Səmədov 2 kq.-dan artıq marixuananı satarkən yaxalanıb.
Bundan başqa, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları Balakən rayonunun Hənifə kəndində, kənd sakinləri Rəhim Süleymanovu və İsmayıl Bayramovu 190 qram olan marixuananı satarkən yaxalayıblar.
R.Süleymanovun evindən əlavə olaraq 700 qrama yaxın marixuana aşkar edilib.
Faktla bağlarla cinayət işləri başlanılıb.