Median.Az xəbər verir ki, qəsdən adam öldürmə cinayətinə görə axtarışda olan Gəncə şəhər sakini Elməddin Əliyevin “Mercedes” markalı mikroavtobusda, sərnişin qismində şəhəri tərk etməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinə (BPİ) məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
DİN Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən mikroavtobus gecə saat 02.45 radələrində Hacıqabul rayonu ərazisindəki YPX postunda yoxlama məqsədilə saxlanılıb. Polis əməkdaşları tərəfindən saxlanılan E.Əliyevdən şəxsi axtarış zamanı bıçaq aşkar edilib.
O, aidiyyəti üzrə istintaq orqanına təhvil verilib.