Median.Az xəbər verir ki, dekabrın 25-də İmişli rayonunun Otuziki kəndindəki bazarda naməlum şəxs Biləsuvar rayon sakini olan bir nəfərin, əlindəki 945 manatı soyğunçuluq yolu ilə ələ keçirib.
İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Sabirabad rayon sakini Əfqan Əzizov saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.