Median.Az xəbər verir ki, Binəqədi RPİ 5-ci və 6-cı polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də və 10-da rayon ərazisindəki 2 mağazadan 500 manat pul, tütün məmulatı və spirtli içkilər oğurlayan Abşeron rayon sakini Ceyhun Abbasov və Bakı şəhər sakini Sərdar Pənahov saxlanılıblar.
Araşdırma zamanı, S.Pənahovun oktyabrın 8-də daha bir mağazadan 248 manat pul oğurlaması müəyyən edilib.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.