Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanası və arvadını qətlə yetirməkdə təqsirləndirilən Ramin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R.İsmayılov ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dəhşətli qətl hadisəsi Bakının Xətai rayonunda baş verib. R.İsmayılov bir müddət əvvəl ayrıldığı həyat yoldaşı Günay İsgəndərovanı və qadının anası Ətir Şirinovanı qətlə yetirib. Hadisədən sonra qaçan R.İsgəndərov Ağdama - öz ata-anasının yanına gedib, polisə də orada təslim olub.
Məlumata görə, G.İsgəndərova orta məktəbdə müəllim işləyib. Gənc ailənin bu evlilikdən səkkiz yaşlı bir oğlu da var.
G.İsgəndərova və ailəsi Laçın rayonundan, hadisəni törədən R.İsmayılov isə Ağdam rayonundan məcburi köçkün düşüb.