Median.Az xəbər verir ki, dekabrın 12-i saat 18 radələrində DİN-in “102 – Zəng Mərkəzi”nə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib.
Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs - Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Onun ağır dərəcəli sərxoş vəziyyətdə olması məlum olub.
Faktla bağlı araşdırma aparılır.