Median.Az xəbər verir ki, Yasamal RPİ-nin 28-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini E.Hüseynova, tanımadığı şəxsin Mətbuat prospektində küt alətlə ona xəsarət yetirərək, içərisində pulu, 2 ədəd yaddaş kartı və sənədləri olan çantasını aldığını bildirib.
Bakı ş. BPİ Cinayət Axtarışı İdarəsi və 28-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş
Məcid İsmayılov saxlanılıb.
Yasamal RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.