Median.Az xəbər verir ki, dekabrın 11-də daxil olmuş məlumat əsasında Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən Xırmandalı kəndi ərazisində, Salyan rayon sakini Şahin Qurbanovun idarə etdiyi “Ford” markalı avtomobil saxlanılıb. Baxış zamanı oradan 8 kq. 55 qram tiryək aşkar edilib.
Biləsuvar RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.