Median.Az xəbər verir ki, ötən gün Bərdə rayon Mərkəzi Xəstəxanasına kəsilmiş-dəşilmiş xəsarətlə rayon sakini Ruslan Teymurov yerləşdirilib.
Araşdırmaya başlayan RPŞ-nin əməkdaşlarına məlum olub ki, hadisə zərərçəkmişin yaşadığı Qarabağ qəsəbəsində baş verib, onu bıçaqlayan naməlum şəxs hadisə yerindən qaçıb.
Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.