Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini İlkin Əsgərovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Median.Az xəbər verir ki, Sabunçu rayonunda İlkin Əsgərov qardaşı arvadı Xatirə Əsgərova ilə mübahisə edərkən, onun üzərinə alışdırıcı mayəni töküb və qadına od vurub. Nəticədə zərərçəkmiş aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
İ.Əsgərov Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.
Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmasını xahiş edib.
İş üzrə növbəti iclas dekabrın 18-nə təyin olunub.