Median.Az xəbər verir ki, Xətai RPİ 34-cü polis şöbəsinin əməkdaşları tərəfindən dekabrın 6-da paytaxt sakini İ.Kazımovanın, içərisində 230 manat və mobil telefon olan pulqabısını soyğunçuluq yolu ilə ələ keçirən yeniyetmə saxlanılıb.
Faktlarla bağlı CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.