Median.Az xəbər verir ki, Nərimanov RPİ 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 5-də ticarət mərkəzlərində paytaxt sakini C.Əliyevin cibindən 1050 manat pul oğurlayan Bakı şəhər sakini Nuru Nuriyev saxlanılıb.
Bundan başqa, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, bu il avqustun 13-də paytaxt sakini A.İsmayılovun, içərisində 1450 manat, sənədlər və qol saatı olan pulqabısını oğurlayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşid Rüstəmov saxlanılıb.
Yasamal RPİ 26-cı polis bölməsinin əməkdaşları Bakı şəhər sakini N.Allahverdiyevanın çantasından 380 manat və sənəd oğurlayan Tovuz rayon sakini G.Novruzova saxlanılıb.
Araşdırma zamanı, onun dekabrın 2-də Xətai rayonu ərazisində daha bir qadının 700 manat pulunu və sənədlərini oğurlaması müəyyən edilib.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.