Median.Az xəbər verir ki, Yasamal RPİ 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2 əcnəbi vətəndaşın rayon ərazisində kirayədə yaşadıqları mənzildən 650 dollar və 500 türk lirəsini oğurlayan Gəncə şəhər sakini M.Mehdiyeva saxlanılıb.
Yasamal RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.