Median.Az xəbər verir ki, Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Asəf Qafarov saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərində narkotik vasitə olan heroin, yaşadığı evdən isə 5 kq. 150 qram marixuana aşkar edilib.
RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.