Median.Az xəbər verir ki, Xəzər RPİ-nin 1-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Xalıqov, Orxan adlı şəxsin onu dələduzluq yolu ilə aldadaraq “Peugeot” markalı avtomobilini aldığını, pulunu isə ödəmədiyini bildirib.
Keçirilmiş tədbir nəticəsində cinayət əməlini törədən İsmayıllı rayon sakini Orxan Şərəfxanov saxlanılıb.
Xəzər RPİ İstintaq şöbəsində CM-nin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobili və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb.