Median.Az xəbər verir ki, dekabrın 5-i saat 6 radələrində Biləcəri qəsəbəsində yerləşən mərmər sexinə gələn 4 nəfər naməlum şəxs orada mülki mühafizəçi işləyən Göygöl rayon sakini Kamal Kazımovu döyərək, oradan 1000 manat dəyərində mərmər daşını “QAZel” markalı avtomaşında aparıblar.
Binəqədi RPİ 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayon sakini Feyruz Məmmədov saxlanılıb, digərlərinin şəxsiyyətləri müəyyən edilib.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri aparılır.