Median.Az xəbər verir ki, noyabrın 26-ı saat 1 radələrində Yasamal rayonunun Moskva prospektində 3 nəfər naməlum şəxs Sumqayıt şəhər sakininin idarə etdiyi “London-Taxi” markalı avtomobilə sərnişin qismində oturub, Xırdalan şəhərinə gedəcəklərini bildiriblər. Ora çatanda, onlar sürücünü bıçaqla hədələyərək 63 manat pulunu və mobil telefonunu alıb, hadisə yerini tərk ediblər.
DİN Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Sahib Cəfərli saxlanılıb. Bu cinayətdə şübhəli bilinən onun qardaşı, əvvəllər məhkum olunmuş Mehdi Cəfərli dekabrın 3-də
Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutulub. Araşdırma zamanı, sonuncunun CM-nin 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə axtarışda olması müəyyən edilib.
Abşeron RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə istintaq aparılır, əməliyyat-axtarış tədbirləri davam edir.