Median.Az xəbər verir ki, Yasamal RPİ-nin 29-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Ələkbərov, noyabrın 25-i saat 23 radələrində A.M.Şərifzadə küçəsində naməlum şəxsin onun başına küt alətlə xəsarət yetirərək mobil telefonunu və noutbukunu aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ələddin Hüseynov saxlanılıb.
Yasamal RPİ İstintaq şöbəsində CM-nin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.