11 yaşlı qızı əmisi oğlu zorladı - Azərbaycanda BİABIRÇILIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 10 qəpikdən domino oynadılar - 3 min manat cərimələndilər  |     22:26 Bu ölkə Netanyahunu həbs etməyəcək  |     22:24 Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?  |     22:13 "Roşka" ləqəbli Tiktoker saxlanılıb  |     21:48 Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU - Hadisə yerindən GÖRÜNTÜLƏR (FOTO)  |     21:43 "Şlyapa Zahid" məhkəmədə bankın xəzinədarları ilə üz-üzə gəldi  |     21:25 Tokayev və Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib  |     21:04 Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi  |     20:49 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri göndərildi  |     20:28 İdmançılarımız Özbəkistanda 3 qızıl medal qazanıblar  |     20:15 Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb  |     19:55 Şarl Mişel noyabrın 29-da tutduğu postu Antonio Kostaya təhvil verəcək  |     19:42 Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub  |     19:27 Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib  |     19:05 DİQQƏT! 160-a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ  |     18:51 Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"  |     18:47 "Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı  |     18:40 Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi  |     18:31 Əfqanıstanda qadınlar üçün qəhvəxanalar qapadılıb  |     18:22 Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə  |    

11 yaşlı qızı əmisi oğlu zorladı - Azərbaycanda BİABIRÇILIQ

Tərtər rayonunda zorlamada və seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Nicat Ağayev, 1991-ci il təvəllüdlü Ərşad Əhmədov və 1991-ci il təvəllüdlü Amal Vəliyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Əmisi oğlu tərəfindən təcavüz

Median.Az
“publika.az”a istinadən xəbər verir ki, Amal Vəliyev təxminən 2015-cı ilin noyabr ayının ortalarında əmisi Vaqifin evinə gəlib. O, fərdi yaşayış evinə gələrək, onun yetkinlik yaşına çatmayan qızı Samirəyə qarşı seksual xarakterli hərəkətlər edib.

Amal Vəliyev əmisi qızına “artıq böyümüsən” sözlərini deyib, onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. Bu zaman Samirə Vəliyeva da əmisi oğluna etiraz etməyib. Onlar evdə cinsi əlaqədə olublar.

Cinayətin digər iştirakçısı

İstintaq sənədlərinə görə, ilk dəfə Samirə Vəliyevanın bakirəliyini əmisi oğlu pozub. Bundan sonra kənddə olan digər oğlanlar da Samirə ilə intim əlaqədə olub.

Belə ki, kənd sakini Nicat Ağayev 27 dekabr 2015-ci il tarixdən təxminən 2016-cı ilin iyun ayının axırına qədər Tərtər rayonunun Səhlabad kəndində 2004-cü il təvəllüdlü Samirə Vəliyeva ilə cinsi əlaqədə olub.

Üçüncü dəfə təcavüz

O, müxtəlif vaxtlarda həmin kənddə yaşayan əmisinin evində əmisi qızı ilə görüşüb, onunla cinsi əlaqədə olub, əxlaqsız hərəkətlər edib.

Bundan başqa, Ərşad Əhmədov da həmin müddətdə Samirə Vəliyeva ilə görüşüb, onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Amal Vəliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, əmisi qızı ilə cinsi əlaqədə olmadığını deyib.

“Nə demək istədiyini başa düşdüm”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə Vəliyeva bildirib ki, təxminən 2015-ci ilin noyabr ayının ortalarında evdə olarkən bacısı Nurayla qardaşı Namil bayırda oynayıb, anası Xalidə xalasıgildə, atası Adil isə işdə olub: “Həmin vaxt əmim oğlu Amal yaşadığımız evə gəldi.

O, bir az söhbət etdikdən sonra əlini döşlərimə və arxama atdı. Bu zaman mənim böyüdüyümü, evlərində heç kimin olmadığını dedi. Məni öz evlərinə dəvət etdi. Onun nə dediyini başa düşdüm. Bu səbəbdən onunla birlikdə onlara getdim”.

“Başım gicələndi”

Zərərçəkmişin sözlərinə görə, evə çatdıqda sonra Amal onunla cinsi əlaqədə olub: “Həmin vaxt ayağa durmaq istədim. Amma dura bilmədim, başım gicəlləndi, yenidən çarpayının kənarında əyləşdim. Bir az sonra özümə gəldim. Bundan sonra evimizə getdim”.

Tərtər rayon Məhkəməsinin hökmü ilə Amal Vəliyev 2 il 11 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər – Nicat Ağayev və Ərşad Əhmədov isə hər biri 2 il müddətinə islah işləri cəzasına məhkum olunublar.

Məhkumların cəzaları

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə onların apelyasiya şikayətləri təmin olunmayıb. Bu qərardan narazı qalan məhkumlar kasasiya şikayəti veriblər.

Onların kasasiya şikayətləri baxılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Bu yaxınlarda verilən qərara görə, kasasiya şikayətləri təmin olunmayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            10 122 27.11.18 13:54