Gürcüstanda amansızlıqla qətlə yetirilən azərbaycanlının kimliyi məlum olub.
Median.Az Report-a istinadən xəbər verir ki, bu, Bolnisi rayonunun Kveşi kənd sakini Kərəm Əsgərovdur.
* * * * *
Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda qətl hadisəsi törədilib.
Median.Az Report-a istinadən xəbər verir ki, rayonun Kveşi kəndində 70 yaşlı azərbaycanlı kişi amansızlıqla qətlə yetirilib.
İlkin ehtimala görə, hadisə iki gün öncə törədilib. Onun meyiti yarıçılpaq vəziyyətdə meşədə tapılıb. Qətlə yetirilən şəxsin boğazında ip olub. Onun evində qətlə yetirildiyi və meyitinin iplə sürüməklə meşəyə aparıldığı bildirilir.
Meyitin gözlərinin çıxarıldığı barədə də məlumat yayılıb. Lakin bu fakt rəsmən təsdiq olunmayıb.
Ahıl yaşlı kişi tək yaşayıb. Onun qətlinin səbəbi hələlik məlum deyil.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. Qətl törədən şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir.