Median.Az xəbər verir ki, Xətai RPİ 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da Bakı şəhər sakini F.Həsənovun 150 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirən paytaxt sakini Anar Qafarov saxlanılıb.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.