İki uşaq anası intim fotoları ilə şantaj edildi - Bakıda şok hadisə » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 10 qəpikdən domino oynadılar - 3 min manat cərimələndilər  |     22:26 Bu ölkə Netanyahunu həbs etməyəcək  |     22:24 Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?  |     22:13 "Roşka" ləqəbli Tiktoker saxlanılıb  |     21:48 Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU - Hadisə yerindən GÖRÜNTÜLƏR (FOTO)  |     21:43 "Şlyapa Zahid" məhkəmədə bankın xəzinədarları ilə üz-üzə gəldi  |     21:25 Tokayev və Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib  |     21:04 Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi  |     20:49 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri göndərildi  |     20:28 İdmançılarımız Özbəkistanda 3 qızıl medal qazanıblar  |     20:15 Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb  |     19:55 Şarl Mişel noyabrın 29-da tutduğu postu Antonio Kostaya təhvil verəcək  |     19:42 Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub  |     19:27 Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib  |     19:05 DİQQƏT! 160-a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ  |     18:51 Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"  |     18:47 "Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı  |     18:40 Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi  |     18:31 Əfqanıstanda qadınlar üçün qəhvəxanalar qapadılıb  |     18:22 Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə  |    

İki uşaq anası intim fotoları ilə şantaj edildi - Bakıda şok hadisə

Bakıda qadını intim şəkilləri ilə şantaj etməkdə təqsirli bilinən İmişli rayon sakini, 1980-ci il təvəllüdlü Faiq Qasımovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Median.Az
teleqraf.com-a istinadən xəbər verir ki, Faiq Qasımov tanışı Səidə Paşayevanı haqqında rüsvayedici məlumatları (onunla cinsi əlaqədə olmasına dair fotoşəkilləri) yaymaqla hədələyib.

Faiq Qasımov bu hədə ilə ondan 1300 manat məbləğində pul tələb edib. Qadın hədələnməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib.

İntim fotolarla şantaj

Müraciəti əsasında həmin idarənin əməkdaşları tərəfindən 22 sentyabr 2015-ci il tarixdə, saat 13 radələrində keçirilmiş əməliyyat nəticəsində Faiq Qasımov Səidədən Nəsimi rayonu, Mir Cəlal küçəsi, 34 saylı ünvanda yerləşən binanın yaxınlığında pul alarkən, saxlanılıb.

Faiq Qasımov istintaq orqanı tərəfindən 182.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək) maddəsi ilə ittiham elan edilib.

"Sosial şəbəkədə tanış oldum"

Cinayət işi üzrə təqsirləndirlən şəxs qismində ifadə verən Faiq Qasımov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, 2012-ci ilin payız aylarında internet vasitəsilə sosial şəbəkələrin birində Səidə adlı qadınla tanış olub: "Bir müddət onunla əlaqə saxladım. Sonra ona ər-arvad münasibəti qurmağı təklif etdim. Sonuncu isə qohumlarından çəkindiyi üçün bundan imtina etdi. Uzun sürən xahişlərdən və qayğılardan sonra Səidə istifadə etdiyi mobil telefon nömrəsini mənə verdi".

"Görüşməyə başladıq"

Telman Səlimovun sözlərinə görə, ilk dəfə 2012-ci ilin sonlarında onlar "Şamaxinka" deyilən yerdə görüşüblər: "Səidə həmin ərazidə yerləşən "Firuzə" adlı gözəllik salonunda işləyirdi. Bir müddət ünsiyyətdə olduqdan sonra münasibətlərimiz daha da yaxın oldu. Biz artıq mütəmadi olaraq müxtəlif evləri günlük kirayə götürməklə görüşməyə başladıq. Sonradan 6-cı mikrorayonda özümə kirayə mənzil götürdüm. Bir müddət Səidə ilə orada görüşdüm. Hətta Səidə bəzən mənimlə qalıb".

"Münasibətlərimiz soyudu"

Təqsirləndirilən şəxs qeyd edib ki, onlar bu müddətdə faktiki olaraq ər-arvad münasibətlərində, o cümlədən intim əlaqədə olublar: "Bizim bu münasibətimizi Səidənin bəzi rəfiqələri normal qəbul etməmişdi, Səidədə barəmdə xoşa gəlməyən təəssürat yaratmışdılar. Buna görə də özüm Səidəyə həmin rəfiqələrindən uzaq durmağı məsləhət bilmişəm. Bir müddətdən sonra aramızda olan münasibət nisbətən soyudu və ayrı yaşamağa başladıq".

"Maşında cibimə pul qoyuldu"

Faiq Qasımov bildirib ki, 2015-ci ilin sentyabrın 25-də Səidə Nəsimi rayonu ərazisində yerləşən "Leyla" şadlıq sarayının qarşısında onu görüşə çağırıb: "Hansı səbəbə çağırıldığımı bilməsəm də, Səidə ilə hələ də münasibətlərim olduğundan buna etiraz etmədim. Günorta saatlarında həmin yerdə Səidə ilə görüşdüm. Sonra bizə mülki geyimdə olan bir neçə nəfər şəxs yaxaladı. Onlar polis əməkdaşları olduqlarını dedilər, sonra məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Maşında cibimə pul qoyuldu və idarədə otaqların birində guya üzərimdən həmin pulun çıxması ilə bağlı sənədləşdirmə işləri aparıldı".

"Mesajlar Səidənin özü tərəfindən yazılıb"

Faiq Qasımov qeyd edib ki, Səidədən hədə-qorxu yolu ilə pul tələb etməyib, "WhatsApp" sosial şəbəkəsi vasitəsilə ona hər hansı məzmunda mesaj yazmayıb: "Həmin mesajlar mənim mobil telefonumdan gizli şəkildə Səidənin özü tərəfindən əvvəlcədən yazılıb, mənə qarşı belə bir addım əvvəlcədən planlaşdırılıb. Bu işdə Səidənin rəfiqələri yaxından iştirak ediblər".

"Hörmət mənasında telefon nömrəmi verdim"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Səidə Paşayevanın sözlərinə görə, Faiq Qasımovla sosial şəbəkədə tanış olub: "İlk vaxtlardan o, mənə ər-arvad münasibəti qurmağı təklif etdi. Bu təkliflə bağlı bir qədər tərəddüd etdim. Yaxın qohumlarımın bu münasibəti yaxşı mənada başa düşməyəcəklərini, eləcə də oğlum Ramal və qızım Zeynəbin də bunu qəbul etməyəcəyini düşündüm. Təxminən bir ay müddətində Faiq ilə internet vasitəsilə əlaqə saxladım. Sonradan hörmət mənasında mobil telefon nömrəmi verdim, telefon vasitəsilə əlaqə saxlamağa başladıq".

"Görüşməyə ehtiyat etmişəm"

Səidə Paşayevanın sözlərinə görə, Faiq Qasımovla ilk dəfə görüşməyə ehtiyat edib, amma sonradan görüşməyə məcbur olub: "Faiq məni axtardığından, çox vaxt iş yerimin yana gəldiyindən onunla başqa bir yerdə görüşmək məcburiyyətində qaldım. Müəyyən müddət keçdikdən sonra Faiqlə yaxın münasibətimiz yarandı. Bunun üçün kirayə ev də tapdı ki, həmin evdə yaşaya bilək. Ər-arvad münasibətlərində olduğumuzdan aramızda intim əlaqə də olub. Amma bununla bağlı yaxın qohumlarıma heç nə bildirməmişəm. Faiqdən heç nəyi gizlətməmişəm, onu özümə çox yaxın bilmişəm. Hətta ona yaxın qohumlarım, ailəm barədə də danışmışam. Faiq mənim qaldığım evi, hətta bacımın, baldızımın evini də tanıyıb".

"Heç vaxt sözündən çıxmamışam"

Səidə Paşayeva bildirib ki, bəzən Faiq öz şəxsi işləri ilə əlaqədar ondan borca pul istəyib: "Mən də bacardığım qədər ona köməklik göstərmişəm. Aramızda bəzən mübahisələrimiz olub. Lakin çox çəkməyib ki, barışmışıq, Faiq məni çox qısqanıb. Hətta bəzi vaxtlarda yaxın qohumlarımın evinə qonaq getməyə belə icazə verməyib. İsti münasibətlərim olduğu üçün Faiqin sözündən çıxmamışam. Son bir ay müddətində Faiq tamamilə dəyişdi. Məni əsassız yerə qısqanmağa başladı. Mübahisəmiz də oldu. Mübahisə zamanı məni vurdu. Xəsarət almasam da, bu, mənə çox pis təsir etdi".

"Məni güdməyə başladı"

Zərərçəkmişin sözlərinə görə, avqust ayında Faiq ondan öz şəxsi işləri ilə əlaqədar 1300 manat istəyib: "Mən də həmin vaxt maddi cəhətdən çətinlik çəkdiyim üçün həmin məbləğdə pulu ona verə bilmədim. Pulumun olmadığını bildirəndə Faiq bunu çox aqressiv qarşıladı, məni acılamağa başladı. Onun bu hərəkətlərindən sonra Faiqdən uzaqlaşmaq qərarına gəldim. Bundan sonra Faiq məni güdməyə başladı. Xəbər vermədən iş yerimə gəldi, bir sözlə, qəribə hərəkətlərə yol verirdi. Bu da məni çox qorxutmağa başladı".

"Yarıçılpaq fotoşəkillərimi çəkdiyini dedi"

Səidə Paşayeva qeyd edib ki, təxminən sentyabr ayının ortalarına yaxın Faiq ondan istədiyi 1300 manat pulu təkidlə tələb edib: "Ona yenə də pulumun olmadığını dedim. O isə mütləq pulu tapıb verməyi tələb etdi, əks təqdirdə mənimlə intim münasibəti, cinsi əlaqədə olmağımız barədə ailə üzvlərimə, yaxın qohumlarıma bildirəcəyini dedi. Həmçinin münasibətdə olduğum vaxtlarda yarıçılpaq fotoşəkillərimi çəkdiyini dedi. Həmin şəkilləri yaxın qohumlarım və tanışlarım arasında yayıb, məni rüsvay edəcəyi, hətta bir neçə dəfə öldürəcəyi ilə də hədələdi. Onun bu hərəkətlərindən qorxdum".

Həbs və cəza

Səidə Paşayeva daha sonra Faiq Qasımovun hərəkətləri ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etməsindən, keçirilən əməliyyat nəticəsində onun saxlanılmasından danışıb.

Nəsimi rayon Məhkəməsinin hökmü ilə Faiq Qasımov 3 il 1 ay 2 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Faiq Qasımov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Faiq Qasımov kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim heyəti kasasiya şikayətini təmin etməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 350 21.11.18 17:23