Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdam rayon sakini Ramin İsmayılovun CM-nin 120.2.4-cü (xüsusi amansizlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, bu il mayın 22-də Xətai rayonu, Naximov küçəsində Ramin İsmayılov həyat yoldaşı Günay İsgəndərovanı (1987-ci il təv.) və onun anası Mahirə İsgəndərovanı (1954-cü il təv.) çoxsaylı bıçaq zərbələri ilə qəsdən həyatdan məhrum edib. Bundan sonra o paytxatı tərk edib və Ağdam RPŞ-nə gedərək, təslim olub. Bundan sonra o, Xətai RPİ-nin əməkdaşlarına təhvil verilib, fakta görə rayon prokurorluğunda cinayət işi başlanılıb.
Məlum olub ki, mərhum G.İsgəndərova orta məktəbdə müəllimə işləyib, nigahdan onların bir övladı olub. G.İsgəndərova və ailəsi Laçın rayonundan, cinayəti törədən R.İsmayılov isə Ağdam rayonundan məcburi köçkün düşüb.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış noyabrın 29-na təyin edilib.