Median.Az xəbər verir ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, rayon sakini M.Abbasovun bank hesabından 200 manat pulunu çıxarıb, oğurlayan, həmçinin rayon sakinləri olan 2 qadını aldadaraq dələduzluq yolu ilə pullarını alan Gəncə şəhər sakini Əli Əzizov saxlanılıb.
Araşdırma zamanı Əzizovun törətdiyi digər analoji əməllərinin üstü açılıb. Onun bu il oktyabrın 21-dən noyabrın 5-dək olan müddətdə, şəhər sakinləri olan daha 2 qadını aldadaraq bank hesablarındakı 340 manat pulunu kart vasitəsilə çıxardığı məlum olub.
RPŞ İstintaq bölməsində cinayət işi başlanılıb.