Median.Az xəbər verir ki, noyabrın 11-də Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Masallı rayon sakini Rahib Qənbərova bıçaqla xəsarət yetirib 170 manat pulunu alıb.
R.Qənbərova Kliniki Tibbi Mərkəzdə tibbi yardım göstərilib.
Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini Vüqar Həsənov saxlanılıb. Onunla birgə cinayəti törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.