Median.Az xəbər verir ki, Binəqədi RPİ 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 2-nə keçən gecə rayon ərazisidəki mənzillərin birindən 11.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini Əli Qasımov saxlanılıb.
Faktla bağlı CM-nin 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.