Median.Az xəbər verir ki, noyabrın 10-da Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Dilşad Rəhimova vurulub.
Xəstəxanaya yerləşdirilmiş R.Rəhimovanın həyatı xilas edilib.
Nizami RPİ 25-ci polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində “Volkswagen” markalı avtomobilin sürücüsü, paytaxt sakini Əhmədağa Əhmədov saxlanılıb.
Nizami RPİ-də faktla bağlı araşdırma aparılır.