Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən “MuğanBank” ASC-nin Əhmədli filialının departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
O, A.Mahmudovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses noyabrın 19-da davam etdiriləcək.//oxu.az