Bakı Ağır Cinayətlər Məhkəməsində Salam Cəfərovun (2002-ci il təv.) CM-nin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, ittiham aktına əsasən, paytaxtda Salam Cəfərov İraq vətəndaşı Al-Darraji Mohammed Abed Jiheelinin telefonunu quldurluq yolu ilə ələ keçirib. Zərərçəkmişin müraciətindən sonra, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cəfərov saxlanılıb.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış noyabrın 26-na təyin edilib.