Median.Az xəbər verir ki, Sumqayıt şəhəri 21-ci məhəllə ərazisində yaşayan şəhər sakini Daşqın Hüseynov koma vəziyyətində Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib və orada keçinib.
Ölüm faktını araşdıran Sumqayıt ŞPİ-nin əməkdaşları müəyyən ediblər ki, Hüseynov yaşadığı evin yaxınlığında naməlum şəxs tərəfindən döyülüb.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Nərimanov saxlanılıb. O, ifadəsində münaqişə zəmnində zərərçəkmişin baş nahiyyəsinə küt alətlə xəsarət yetirdiyini bildirib.
Sumqayıt şəhər prokurorluğunda CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.