Median.Az xəbər verir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Bəxtiyar Hüseynovu saxlayıblar.
Şəxsi axtarış zamanı onun üzərindən heroin götürülüb. Onun evindən əlavə olaraq 111 qramdan artıq heroin aşkar edilib.
Narkotik vasitəni B.Hüseynova satan həmyerlisi, əvvəllər məhkum olunmuş Səfər Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb. Sonuncunun evindən 1 kq. 260 qram heroin və 1 kq.13 qram tiryək aşkar edilib.
Lənkəran ŞRPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.