Median.Az xəbər verir ki, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də rayon ərazisindəki evdən 1600 manat pul, geyim və məişət əşyaları oğurlayan rayon sakini Elxan Əliyev, Yevlax rayon sakinləri Tağı Həsənzadə və 1 yeniyetmə saxlanılıblar.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.