Median.Az xəbər verir ki, Göygöl RPŞ-nə müraciət edən qadın, işlədiyi aptekə gələn 2 nəfərin aldıqları dərmanların müqabilində 2 ədəd 100 manatlıq əskinas verdiklərini, sonradan həmin pulun saxta olduğunu aşkar etdiyini bildirib.
Məlumatla əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinasları aptekə təqdim edən 3 nəfər saxlanılıb. Məlum olub ki, onlar - Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Səbuhi Quliyev, Qabil Məmmədov və Yusif Şükürovdur.
Şəxsi axtarış zamanı S.Quliyevdən narkotik vasitə - marixuana aşkar edilib.
RPŞ İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.