Median.Az xəbər verir ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu RPİ 42-ci polis bölməsinin əməkdaşları məlumat əsasında, Nardaran qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsəbə sakini Əli Əhmədovu saxlayıblar. Şəxsi axtarış zamanı ondan narkotik vasitə - heroin aşkar edilib.
Onun yaşadığı evdən “Makarov” markalı tapança, 2 ədəd patron darağı və 14 ədəd patron götürülüb.
Faktl bağlı cinayət işi başlanılıb.