Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Rəsul Hüseynovun (1983-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, bu il iyulun 17-i saat 8 radələrində Pirallahı RPŞ və rayon prokurorluğunun əməkdaşları Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, 14 ünvanında Bakı şəhər sakini Mariya Qəhrəmanovanın meyitini aşkar ediblər.
Araşdırma zamanı, həmin gün saat 6 radələrində M.Qəhrəmanova ilə birgə yaşayan qohumu, əvvəllər məhkum olunmuş Rəsul Hüseynov arasında münaqişə baş verməsi və sonuncunun, onun baş nahiyəsinə yumruqla zərbə vuraraq, qətlə yetirməsi müəyyən edilib.
Keçirilmiş əməliyyat tədbiri nəticəsində R.Hüseynov saxlanılaraq, istintaqa təhvil verilib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış noyabrın 16-na təyin edilib.