Median.Az xəbər verir ki, Xətai RPİ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Elnur Qurbanovu və Elçin Əliyevi saxlayıblar.
Araşdırma zamanı məlum olub ki, hər iki şəxs əsasən 81 saylı sərnişin avtobuslarında insanların sıx olduğu saatlarda, onların pulunu, mobil telefonunu və qiymətli əşyalarını oğurlayıblar.
Xətai RPİ İstintaq şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.
Gördüyünüz şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN “102 - Zəng Mərkəzinə və ya Xətai RPİ-nə müraciət
edə bilərlər.