Median.Az xəbər verir ki, Səbail rayonundakı gözəllik salonunda qadın müştərinin çantasından 9000 manat pul naməlum şəraitdə oğurlanıb.
Bununla əlaqədar zərərçəkmiş Səbail RPİ 39-cu polis bölməsinə müraciət edib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Gülnarə Novruzova saxlanılıb. O, ifadəsində cinayət əməlini etiraf edib.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.