Median.Az xəbər verir ki, Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayan Ələkbər Əliyev (1988-ci il təv.) münaqişə zəmnində arvadı Nərmin Mehdixanovaya (2000-ci il təv.) balta ilə baş nahiyəsinə xəsarət yetirib. Ağır vəziyyətdə olan qadın Gəncə ş. Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Hadisədən sonra Ə.Əliyev bağ sahəsində, ağcdan özünü asaraq, intihar edib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi başlanılıb.