Median.Az xəbər verir ki, Xəzər RPİ 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 31-də qadının, içərisində 650 manat və sənəd olan pulqabısını soyğunçuluq yolu ilə ələ keçirən Bakı şəhər sakini Şəhriyar Hüseynov saxlanılıb.
Xəzər RPİ İstintaq şöbəsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.