Median.Az xəbər verir ki, Binəqədi RPİ 4-cü polis şöbəsinin əməkdaşları daxil olan müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 30-dan noyabrın 4-dək olan müddətdə Binəqədi və Biləcəri qəsəbələri ərazilərində 7 evdən kombi, qaynaq aparatı və təmir-tikinti alətləri oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Camaləddin Cəfərov saxlanılıb.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.